Bakıda küləkli havada 3 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda küləkli havada 3 nəfər xəsarət aldı

Hadisə

28 Dekabr 2023 12:29 822


Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər: Pepperoni pizza

"Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!