Bakıda kütləvi söküntü işləri dayandırılır -   SƏBƏB MƏLUM OLDU

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kütləvi söküntü işləri dayandırılır - SƏBƏB MƏLUM OLDU

Sosial

13 Noyabr 2025 16:48 25054


Bakı şəhərində kütləvi söküntü işləri dayandırılır. 

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu, 2026-cı ilin dövlət büdcəsindən paytaxtda sökütnü və köçürülmə üçün vəsaitin ayrılmaması ilə bağlıdır. 

Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün “Sovetski” adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.  Dominos pizza

Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzə Pir məscidinin alt hissəsini əhatə edəcək. 

Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd iki mərtəbəli, Nizami rayonunda isə iki ədəd 5 mərtəbəli binanın söküntsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək. 

Bununla yanaşı, paytaxtda özəl şirkətlərin hansısa ərazidə söküntü aparmasına heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün vacib şərtlərdən biri yeni layihələrin Bakının Baş planına uyğun olması ilə yanaşı sakinlərin razı salınmasıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!