Bakıda liftdə qalanlar xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda liftdə qalanlar xilas edildi - Video

Hadisə

21 Yanvar 2023 15:05 708


Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. pizza sifarişi

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən liftin texniki nasazlıq səbəbindən doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində dayandığı və içərisində biri azyaşlı olmaqla iki nəfərin köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi vasitələrlə vətəndaşları liftdən təhlükəsiz şəraitdə çıxararaq xilas ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!