Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? - AÇIQLAMA

Sosial

31 Mart 2020 15:17 906


Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur.

Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub.

Məsələ ilə bağlı “BP Azərbaycan” şirkətinin Mətbuat Katibi Tamam Bayatlı Oxu.Az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib: pizza sifarişi

“Sosial şəbəkədə yayılan görüntüləri izləmişik. Görüntülər BP-nin binasına aid deyil. BP-nin binasında belə bir hadisə baş verməyib.

5 minə yaxın əməkdaşımız var. Ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabinetinin qərarına uyğun olaraq, əməkdaşlarımızın sağlamlıqlarını qorumaq məqsədilə bütün zəruri tədbirlər görülür. Bu məsələ tərəfimizdən araşdırılacaq. Araşdırmanın nəticəsindən asılı olmayaraq bildirmək istəyirəm ki, biz bu cür davranışı düzgün hesab etmirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!