Bakıda lombarda basqın edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda lombarda basqın edildi

Kriminal

05 Noyabr 2020 13:05 793


Noyabrın 4-də saat 12.45-də Nizami rayonu ərazisindəki lombardların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

DİN mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn Nizami rayon Mühafizə İdarəsinin əməkdaşları orada tapançaya oxşar əşya ilə hədə-qorxu gəlib pul tələb edən naməlum şəxsi saxlayaraq 25-ci Polis Şöbəsinə təhvil veriblər.

Araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinən həmin şəxsin paytaxt sakini E.İsgəndərov və əlindəki tapançaya oxşar əşyanın isə alışqan tapança olması müəyyən edilib. pizza

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!