Bakıda London tipli taksofon kabinələrinin sayı artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda London tipli taksofon kabinələrinin sayı artırılacaq

Hadisə

12 Yanvar 2021 12:56 1036


Bakının bir sıra mərkəzi küçələrində London tipli taksofon kabinələrinin sayı artırılacaq.

Yenisabah.az xəbər verir ki, kabinələrin qurulması ilə bağlı işlər "Baktelecom" rabitə operatoru tərəfindən aparılır. Məsələ ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlanacaq.

Qeyd edək ki, hazırda "Baktelecom"un balansına 306 taksofon aparatı daxildir ki, bunlardan 205-i kart və qəpiklə işləyən universal taksofonlardır, 70-i internetə çıxışı olan, 31-i isə telekart taksofonlardır. pizza hut

Tələbatdan asılı olaraq veb tipli taksofonların sayı artırılır. Taksofonların işinə intellektual idarəetmə sistemi vasitəsi ilə nəzarət olunur. Taksofonların hər biri mərkəzi serverə qoşulduğundan avadanlıqlarda nasazlıq yaranan zaman mərkəzdən onlayn müdaxiləyə və problemi aradan qaldırmağa imkan yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!