YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Bakıda maaşlar bu qədər artıb - Məbləğ

Bakıda maaşlar bu qədər artıb - Məbləğ

İqtisadiyyat

01 Oktyabr 2022 11:31 1546


Bu ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 071,8 manat təşkil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 % çoxdur.

Qeyd edək ki, ilin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!