Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılmışdı.
Bakı Şəhər İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.
Sınmış ağacın yerinə yeni şam ağacı əkilib. pizza sifarişi
Telegram kanalımız