Bakıda məişət tullantıları yığılmış tikilidə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məişət tullantıları yığılmış tikilidə yanğın oldu

Hadisə

12 Yanvar 2024 22:33 510


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yenisabah.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta və məişət tullantıları yığılmış tikilidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. pizza mizza

Yanğın nəticəsində 30 kv.m. sahədə taxta və məişət tullantıları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!