Bakıda məktəb binasında yanğın olub

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəb binasında yanğın olub

Kriminal

10 Yanvar 2021 09:27 857


Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Kaspi.az-a bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!