Bakıda məktəblilərin ŞOK videosu yayıldı, polis hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəblilərin ŞOK videosu yayıldı, polis hərəkətə keçdi

Hadisə

20 Fevral 2024 07:27 25225


Sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.

Məktəbdən "Yeni Sabah"a bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb: "Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir".

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, yayılan məlum videogörüntülərdən məlumatlıyıq: “Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə İsgəndərova
    Mən sadə yazacağam. Hüquq mühafizə orqanları hər sahəyə nəzarəti artırmalıdırlar. Əks təqdirdə bizi çox bəlalar gözləyir.
    2 years ago