“Hazırda nəzərdə tutulan məbləğ paytaxtın istənilən ərazisində mənzil almağa imkan yaratmır. Konkret müəyyən yerlərdə 1, bəzi yerlərdə isə 2 otaqlı yeni mənzillər almağa imkanlar yaradır. Bu qiymətə köhnətikili 2 otaqlı mənzillər tapmaq olar. Fikirmcə, daha rahat alış imkanı təmin etmək üçün, gələcəkdə bu məbləğ 200 min manata qədər artırılmalıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sosial layihələrdə artım mərhələli qaydada tətbiq olunur:
“Sosial layihələrdə artım mərhələli qaydada tətbiq olunur. Bir sıra dövlət layihələri var ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlib. İpoteka və Kredit Zəmanət Fondu, MİDA və digərləri bu qəbildən olan layihələrdir. Həmin layihələrdə məbləğlərin artırılması hazırda dövlətin büdcəsinə və xərclərə uyğun olaraq tənzimlənir. Azərbaycan yeni müharibədən çıxıb. Qarabağda və ətraf ərazilərdə infrastrukturun bərpası prosesi aparılır. Bu səbəbdən, çox ciddi maliyyə ehtiyacları var. Bütün bunları nəzərə alaraq, dövlət artımları mərhələli qaydada həyata keçirir. Düşünürəm ki, bir müddət sonra bu istiqamətdə addımlar atılacaq. Yəqin ki, fond rəsmisinin açıqlaması müvafiq dövrlə bağlıdır”. Dördpendirli pizza
Vüqar Oruc vurğulayıb ki, hazırda daşınmaz əmlakların qiymətində çox ciddi artım var:
“Nəzərə alsaq ki, daşınmaz əmlakların qiymətində çox ciddi artım baş verir, vətəndaş 180 min manat ipoteka krediti ilə mənzil tapmalıdır. Bu məbləğə təbii ki, mərkəzdə və mərkəzəyaxın ərazilərdə mənzil tapmaq olmaz. Ancaq Bakı şəhərinin kənarında mənzillər tapmaq olar. Düşünürəm ki, bu istiqamətdə getdikcə müvafiq addımlar atılacaq və məbləğlər artırılacaq. Hazırda nəzərdə tutulan məbləğ paytaxtın istənilən ərazisində mənzil almağa imkan yaratmır. Konkret müəyyən yerlərdə 1, bəzi yerlərdə isə 2 otaqlı yeni mənzillər almağa imkanlar yaradır. Bu qiymətə köhnətikili 2 otaqlı mənzillər tapmaq olar. Fikirmcə, daha rahat alış imkanı təmin etmək üçün, gələcəkdə bu məbləğ 200 min manata qədər artırılmalıdır”.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib ki, fondun xətti ilə verilən kreditlərin maksimal məbləğinin (150 min manat) artırılmasına zərurət yoxdur.
Nazim Hacıyev
Telegram kanalımız