Bakıda məşhur iş adamına hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur iş adamına hökm oxundu

Kriminal

14 Fevral 2022 13:26 866


"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılova hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. pizza sifarişi

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!