Bakıda məşhur oteldən koronavirus açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur oteldən koronavirus açıqlaması

Sosial

02 Mart 2020 11:35 931


"Holiday Inn Baku" otelinin rəhbərliyi bu otelin iranlı müştərilərinin koronavirusla bağlı xəstəxanaya yerləşdirilməsi xəbərinə rəsmi münasibət bildirib. "Yeni Sabah" bildirir ki, bu barədə otelin yaydığı məlumatda Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən oteldə qonaqlayan 2 xarici vətəndaş yoxlamaya alınıb və koronavirusla bağlı simptomların heç biri onlarda aşkarlanmayıb: "Həmin vətəndaşlar sərhəddən keçərkən yoxlanılıblar və 1 saylı Kliniki Tibbi Mərkəzdə təkrar yoxlanma (inkubasiya dövrü) məqsədilə qeydiyyata alınıblar. Yoxlama nəticəsində onlarda virus aşkarlanmayıb və artıq öz ölkələrinə geri dönüblər". Qeyd edək ki, Bakıda "Holiday Inn Baku" otelinin iki, digər otellərin isə üç iranlı müştərisi koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülmüşdü.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!