Bakıda məşhur restoran bağlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur restoran bağlandı - Fotolar

İqtisadiyyat

17 İyun 2023 15:40 4944


Bakıda fəaliyyət göstərən əfsanəvi “Hard Rock Cafe” bağlanıb.

Kafe əməkdaşları İqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin obyektin bağlanmasının səbəbi məlum deyil:

“Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır”. pizza

Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, “Rolls-Royce” avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox “Hard Rock Cafe”nin fəaliyyət göstərdiyi qeyd olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!