Bakıda müəllimi təhdid edən məktəb direktoru işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda müəllimi təhdid edən məktəb direktoru işdən çıxarıldı

Sosial

10 Oktyabr 2025 09:28 2634


Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva işdən azad edilib.

Bu barədə "Yeni Sabah"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. pizza

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Afaq Əliyevanın səs yazısı yayılmışdı. Direktor həmin səs yazısında məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Lalə Şəfaqətova isə direktora bunu etmək istəmədiyini deyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eynulla
    Bir gelin 120 ni de cekin, direktorun arxasinda kimler varsa hec bir sikayete baxilmir. 1 ci sinif muellimini kursa gonderibler 2 heftelik usaalar qalib evde hec bir muellim teyin olunmur evez etsin. Direktor ama muellimler gununde, sentyabrin 15,8 martda yediyi sokoladin adini gonderir ki bu sokoladdan mene buket yigdirin. HER SİNİf onun ucun xosladigi sokoladdan buket yigdirir1-den11 - ci sinife qeder. Biz kime sikayet edek, hara muraciet edek allah daş salsin ele haram yeyen vezifelilerin basina
    7 months ago