Bakıda narkokuryerdən 13 kq marixuana aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkokuryerdən 13 kq marixuana aşkarlandı

Kriminal

02 Dekabr 2025 16:45 771


Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin Əliyev saxlanılıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ondan qanunsuz olaraq əldə etdiyi 13 kq 700 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.  Pepperoni pizza

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 161 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!