Bakıda narkoman sürücü həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkoman sürücü həbs olundu

Kriminal

27 Avqust 2022 11:35 962


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş İdarənin əməkdaşı Mübariz Ağayev məlumat verib.

Qeyd edib ki, avqustun 26-sı, saat 14 radələrində Bakı şəhər sakini Eltac Məcnunzadənin idarə etdiyi “Hyundai” markalı, 99-SD-435 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb. Pepperoni pizza

Lakin, sürücü sənədləri təqdim etməkdən imtina edərək süni gərginlik yaratmağa çalışıb və qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı onun narkotik maddə qəbul etməsi müəyyənləşdirilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Məhkəmənin qərarı ilə E.Məcnunzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək iki il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə inzibati qaydada həbs olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!