Bakıda narkotacirə 8 il həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotacirə 8 il həbs cəzası verildi

Kriminal

15 Noyabr 2021 16:49 794


Bakı Ağır Cinayət Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qəşəm Quliyevin işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenisabah.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qəşəm Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il azadlıqdan məhrum edilib. Sezar pizza

Q.Quliyev hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ətrafında keçirilən əməliyyat nəticəsində ondan 30 qram narkotik maddə olan marixuana aşkarlanıb.

Q. Quliyev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb və 2019-cu ildə azadlığa çıxmasının çəkilməmiş hissəsindən azad edilib. 2021-ci ildə isə narkotik satarkən yaxalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!