Bakıda narkotik satan daha bir silahlı şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotik satan daha bir silahlı şəxs tutuldu

Kriminal

01 May 2020 12:27 969


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Bülbülə qəsəbəsində yaşayan Asif Süleymanov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qram narkotik vasitə heroin aşkar edilib.  Dördpendirli pizza

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evə baxış keçirən polis əməkdaşları oradan əlavə 2 kiloqram heroin, müvafiq sənədləri olmayan 1 ədəd “Dragon” markalı vinçester tipli ov tüfəngi və həmin silaha aid 11 ədəd patron aşkar edərək götürüblər. 

Asif Süleymanov ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə Biləsuvar rayonunda aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Asif Süleymanov cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!