Bakıda nə baş verir?   - Peyvəndləmə xaosu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda nə baş verir? - Peyvəndləmə xaosu

Hadisə

24 Avqust 2021 19:10 16593


"Bir tərəfdən hər kəs insanları peyvənd olmağa, ölümcül virusdan qorunmağa səsləyir. Digər tərəfdə ölkə səhiyyə sistemi çökmüş vəziyyətdə. Bu gün saat 4-5 arası Yasamalda 39 saylı Şəhər Poliklinikasında gördüyüm anarxiyanı sözlə təsəvvür etmək mümkün deyil".

Yenisabah.az xəbər verir ki, bu barədə hüquqşünas, ictimai fəal Ələsgər Əhmədoğlu qeyd edib.

O bildirib ki, eyni saata yüzlərlə şəxsi portalda qeydiyyatdan keçirib, poleklinikaya gəlib: pizza hut

"Səhər 11-də də qeydiyyatdan keçən, 16-da da qeydiyyatdan keçən kağıza yazılıb əlinə dürtlmüş nömrənin gəlməsini gözləyir. sırada 150-dən çox adam gözləyir. Yarı-qaranlıq, havasız dar koridorda 150 nəfər bir-birini sıxışdıraraq, zorla durub. Tək bir həkim və 1 tibb bacısı və 1 qeydiyyatçı həm peyvənd olmalı şəxsin müayinəsini aparmalı, həm qeydiyyatın aparıb, sistemə keçirməli həm də ona peyvənd vurmalıdır. İnfeksionisti isə saat 2-dək işləyirmiş, evə gedib.

Həkimə sual verib, durumu izah edirsən, dərhal özünə "nəzarətçi" deyən, adı-soyadı məchul olan (açıqlamamaqda dirənən) bir şəxs dərdini izah edən vətəndaşa hücum edib, onu həbs etdirməklə hədələyir, təhqir edir.

Həkimə sual verirsən ki, bu özünə nəzarətçi deyib, ətrafa hədə-qorxu, təhqir yağdıran zatın adı, soyadı nədir? Həkim qorxaqcasına bilmirəm cavabı verir. Yəni bu o deməkdir ki, hansısa qeyri-qanuni şəxslər dövlətin poliklinikasını zəbt edib, vətəndaşlara hədə-qorxu gəlir".

Hüquqşünas Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət edib:

"Burdan Səhiyyə Nazirliyinə, TƏBİB-ə səslənirəm, təcili tədbir görün. Vətəndaşların peyvənd olmasına normal şərait yaradın, müraciətə uyğun həkim və tibb bacısı ayırın. İnfeksoinist həkimləri yarım gün işlətməyin. Dövlət xəstəxanasına, poliklinikasına ad-soyadı gizli olan qoçuları buraxmayın, onları məsuliyyətə cəlb edin.

39 saylı Şəhər Poliklinikasındakı anarxiyaya son verin!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahat
    25 saylı (7- çi mkr-da) poliklinikada təqribən 8 kv.m otaqda o sayda da ağ xalatlı var.Amma onlar özləri özlərinə mane olur.Elə bil 8- ci kilometr bazarındasan.
    5 years ago
  • Üzeyir
    Hər işimiz belədir də, başqa hal olsa təcüblənərdim.
    5 years ago
  • Elşan
    Bu hökmət xalqı virus tutmasına xidmət edir.Yalanan xalqı töküblər çölərə.Məndə getmişdim tüprüb geri qayıtdım,Vaksim heç vurdurmyacam.Xalüa şərait yaradı vurdusu.O qədər boş yelər var.
    5 years ago
  • Rəcəb
    Biabırçılıq.Belə səhiyyə kimə lazımdı?Zaqatala rayon Əliabad qəsəbə də belədir .Saat üçə kimi işləyir xəstəxana.üçdən sonra ölsən heçkim sənə çatmaz.Ölkədə səhiyyə bərbad vəziyyətdir.
    5 years ago
  • Esmira
    Bəki məndə 39 sayli poliknikada 1 ci vaksini vurdurmuşam. Orada həkim yox idi adi tibb bacisı və qapida qoçulug edən nomrə paylayandan başqa. Heç kimin fərdinə qulaq asan yoxdu. Heç təzyiqi belə ölçən yoxdu.
    5 years ago
  • Arzu
    Sadece tek kelme Yazıq xalq .VARLI ÖLKƏNİN KASIB MƏZLUM XALQI.BURDA SABİRİMİZ DEYİB MİLLET NECƏ TARAC OLUR OLSUN NE İŞİM VAR DUŞMƏNLƏRƏ MÖHTAC OLUR OLSUN NE İŞİM VAR.QOY MƏN TOX OLUM ÖZGELER İLE NEDİ KARIM .....????‍♀️ indi bu memurlarinda BAŞI CİBLERİNE QARIŞIB
    5 years ago