Bakıda Novruz şənlikləri davam edir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Novruz şənlikləri davam edir

Sosial

23 Mart 2019 16:07 941


Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə bayram günləri ərzində paytaxtda  müxtəlif kütləvı tədbirlər və konsert proqramları təşkil olunur.

"Yeni Sabah" xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir.

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, Bakı şəhərinin rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir. Dördpendirli pizza

Tədbirlər çərşivəsində bayram şənlikləri və konsertlər Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 19, 21, 23, 25 ünvanlarındakı məhəllədə və Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 49, 51, 53 ünvanlarındakı həyətlərdə təşkil olunub. Bayram tədbirlərində tanınmış incəsənət ustaları ilə yanaşı rayonların mədəniyyət ocaqlarının bədii kollektivlər xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, rəngarəng konsert proqramı ilə çıxış etmiş, pəhləvanlar öz məharətlərini  göstəriblər.

Bayram tədbirləri həmçinin paytaxtın digər məhəllələrində də keçiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!