Bakıda obyekt sahibi ağacları qəsdən qurudur?   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda obyekt sahibi ağacları qəsdən qurudur? - VİDEO

Sosial

23 May 2025 15:11 304


Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yol kənarındakı ağacların qəsdən qurudulduğu iddia edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Şikayətçinin sözlərinə görə, hadisə qəsəbənin Heydər Əliyev prospektində qeydə alınıb: Dördpendirli pizza

"Yol kənarında obyekt tikirlər, bu səbəbdən də həmin ərazidəki ağaclar qəsdən qurudulur. Videodan da aydın olur ki, kənardakı ağacların budaqları yaşıl olduğu halda, obyektin qarşısındakılar artıq saralıb".

Hadisə ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, məsələ aidiyyatı üzrə yönləndirildi, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!