Bakıda ofis binasında yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ofis binasında yanğın oldu

Hadisə

16 Sentyabr 2023 21:59 717


Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan üçmərtəbəli binanın (ofis kimi fəaliyyət göstərir) 3-cü mərtəbəsində sahəsi 60 kvadratmetr olan konfrans zalının yanar konstruksiyaları, içərisində olan iki ədəd kondisioner, bir ədəd səs gücləndirici qurğu və bir ədəd mikrofon yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yüksək temperaturdan dəhlizin tavanı beş kvadratmetr sahədə və bir ədəd kondisioner qarsalanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!