Bakıda oğurlanan iki yaşlı uşağın anası danışdı: Hadisə necə baş verib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda oğurlanan iki yaşlı uşağın anası danışdı: Hadisə necə baş verib? - Video

Hadisə

31 Dekabr 2021 01:19 1264


Xəbər verdiyimiz kimi paytaxtın Sabunçu rayonunda iki yaşında uşağın oğurlandığı iddia olunur.

Yenisabah.az “Xəzər TV”yə istinadən xəbər verir ki, uşağın anası deyir ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən oğurlanıb.

O, hətta övladını oğurlamaqda şübhəli bilinən qadını tanıdığını da iddia edir. pizza hut

Bəs həmin şəxs kimdir?

Kürdəmir sakini Reyhan Şıxəliyeva bildirir ki, iki gün əvvəl işdə olarkən həyat yoldaşı ona övladlarının oğurlandığını deyib. Ana dərhal işlədiyi bazardan evə gəlib.

Reyhan Şıxəliyevanın sözlərinə görə, həmin qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək, həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.

Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, uşağın tapılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Allah əmanətində.Siz Allah, uşaq tapılan kimi, bu xəbəri də mütləq paylaşın. Əgər qanı, ruhu bir olan bir xalqın bir üzvü digərinin övladını oğurlayıb kasıb bir ailəni gözüyaşlı qoyursa, biz necə həmrəy ola bilərik? Mən hüquq-mühafizə orqanlarına həmişə ümid bəsləmişəm. İnanıram ki,şərəfli polisimiz bu yavrunu öz balaları kimi axtarıb tapacaqlar.
    4 years ago