Bakıda oğurluq edən “patı” istifadəçisi binanın komendantını bıçaqladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda oğurluq edən “patı” istifadəçisi binanın komendantını bıçaqladı - Video

Kriminal

24 İyul 2021 22:52 1785


Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında oğurluq hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, hadisə dünən saat 11.00 radələrində olub. Narkotik maddə sayılan "patı" istifadəçisi olduğu deyilən şəxsin binaya daxil olaraq elektrik naqillərini oğurladığı müəyyən edilib. 

Binanın komendantı Faiq Qurbanovun müqaviməti ilə rastlaşan həmin şəxs komendanta bıçaqla hücum edərək qaça bilib.  Dördpendirli pizza

Hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb. 

Qeyd edək ki, bina sakinləri bu tip oğurluq hadisələrinin tez-tez baş verdiyini bildirirlər.

 

 

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!