Bakının Sabunçu rayonunda baş verən avtoqəzada bir nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Nicat Cabir oğlu Ələsgərov idarəetməsində olan VAZ markalı nəqliyyat vasitəsini beton maneəyə çırpıb. Pepperoni pizza
Qəza zamanı o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./APA
Telegram kanalımız