Bakıda onaltımərtəbəli yaşayış binasında yanğın başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda onaltımərtəbəli yaşayış binasında yanğın başlayıb

Hadisə

20 İyul 2021 15:55 993


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

“Yeni Sabah” FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!