Bakıda orta məktəbləri 80 mindən çox şagird bitirir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda orta məktəbləri 80 mindən çox şagird bitirir

Sosial

11 İyun 2025 11:43 474


2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46 406, XI siniflərini 33 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirir.

Yenisabah.az xəbər verir ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38 206 nəfər I sinfi başa vurur.

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 923 şagird təhsil alır, 30 169 müəllim fəaliyyət göstərir. Sezar pizza

2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupuna 22 781 uşaq cəlb olunub.

BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!