“Bakıda oynamağı anlamıram və qəbul etmirəm” - Çex futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Bakıda oynamağı anlamıram və qəbul etmirəm” - Çex futbolçu

İdman

30 İyun 2021 18:46 2046


Çexiya millisinin yarımmüdafiəçisi Antonin Barak AVRO-2020-nin 1/4 final mərhələsində Danimarkaya qarşı oynayacaqları matçın Bakıda keçirilməsindən şikayətlənib.

Yenisabah.az "Onet"ə istinadən xəbər verir ki, Barak belə danışıb: "Çox təəssüf ki, Bakıda oynamalıyıq. Ailəmiz və azarkeşlərimiz bizi tribunalardan dəstəkləyə bilməyəcək. Bunu anlamıram və qəbul edə bilmirəm. Matça Kopenhagendə - rəqibimizin meydanında çıxsaydıq, Bakıdakından daha çox azarkeşimiz olardı".

O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana etdikləri səfəri də yada salıb: "Çətin idi. Yol bizi çox yordu. Hava şəraiti də ürəyimizcə deyildi. Fərq budur ki, biz indi Avropa çempionatındayıq və hər oyun sonuncu ola bilər". Dominos pizza

Qeyd edək ki, Çexiya və Danimarka milliləri iyulun 3-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq./Fanat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!