Bakıda Pakistan vətəndaşının telefonu oğurlandı   – Məhkəmə

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Pakistan vətəndaşının telefonu oğurlandı – Məhkəmə

Kriminal

08 Aprel 2020 15:24 710


Nərimanov Rayon Məhkəməsində gecə klubunda pakistanlıdan oğurluq edən qadının məhkəməsi olacaq.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi təqsirləndirilən Məmmədzadə Ramilə Valeh qızının məhkəmə prosesinə hakim Tural Ələkbərov sədrlik edəcək. Cinayət işində Pakistan İslam Respublikası vətəndaşı Moiz Hafiz Abdul Mehmood tanınıb. Xatırladaq ki, hadisə yanvarın 24-də, səhər saat 5-6 radələrində, Ə.Rəcəbli küçəsində yerləşən klubların birində qeydə alınıb. 

Pakistan İslam Respublikası vətəndaşı olan Hafiz Mouz mobil telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində turistin telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuş 37 yaşlı Bakı şəhər sakini Ramilə Məmmədzadə saxlanılıb.  pizza

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!