Bakıda parklanma məntəqələrinin sayı azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda parklanma məntəqələrinin sayı azaldıldı

Sosial

21 May 2025 21:28 334


Bakı şəhərinin küçələrində fəaliyyət göstərən bir neçə ayrı-ayrı parklanma məntəqəsi birləşdirilərək vahid məntəqə formasında təşkil edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir. Müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur. Pepperoni pizza

Görülən işlər çərçivəsində məntəqələrin sayı 2 400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!