Bakıda partladıcı və qumbaralar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda partladıcı və qumbaralar aşkarlandı

Hadisə

18 Fevral 2025 15:09 194


Bakı şəhərinin Nəsimi rayonu ərazisində hərbi sursatlar aşkar edilib.

Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib. Dominos pizza

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!