Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
Təxminən, 45-50 yaşlı kişi yolu keçərkən onu minik avtomobili vurub. Naməlum piyada qapalı kəllə-beyin travması və aşağı ətrafın sınığı diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sezar pizza
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. /APA
Telegram kanalımız