Bakıda polis maşınının üzərində pivə içən şəxs saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis maşınının üzərində pivə içən şəxs saxlanıldı - Foto

Kriminal

17 Aprel 2020 15:23 979


Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin arxa kapotunun üstündə oturaraq, pivə içən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun "Report"a verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılıb.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir. Həmin şəxs müəyyən edildikdən sonra saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təvil verilib. pizza

V.Əsədov qeyd edib ki, N.Mustafayev barəsində qanunvericiliyə uyğun olaraq təsirli tədbirlər görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!