Bakı polisi xüsusi karantin rejimini pozanları aşkarlayır - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisi xüsusi karantin rejimini pozanları aşkarlayır - Fotolar

Sosial

05 Aprel 2020 16:32 1324


Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər icra olunur.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yenisabah.az-a daxil olan məlumata görə, polis əməkdaşları Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə paytaxt ərazisində xidmətlərini davam etdirirlər.

DİN əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Pepperoni pizza

Xüsusi karantin rejim qaydalarını pozan şəxslər aşkar olunur və onlara müvafiq tədbirlər görülür.

Üzərində müvafiq icazəsi sənədi olan və SMS xidmətindən istifadə edib, icazə alan şəxslərin sənədləri yoxlanıldıqda, həmin sənədlər qanunvericiliyə uyğundursa, onlar sərbəst buraxılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!