Bakıda polislər əcnəbi vətəndaşa belə kömək etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polislər əcnəbi vətəndaşa belə kömək etdi - Foto

Sosial

10 İyul 2019 13:44 1281


Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel DİN-in 102 xidmətinə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsindən “Yeni Sabah”a verilən məlumata görə, o, Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində içərisində 250 manat pul, şəxsi sənədlər və bankomat kartları olan pul qabını itirdiyini bildirib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən

görülən işlər nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla

birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb. H.Mökel operativ köməkliyə görə polis əməkdaşlarına minnətdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!