Bakıda pulla dezinfeksiya edənlər kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda pulla dezinfeksiya edənlər kimdir?

Sosial

29 Mart 2020 12:14 692


Son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur. 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan məlumatda bildirilir ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə  və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə,  hüquq-mühafizə  orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir. pizza

Qaynar xətt: (012) 492-63-11

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!