Bakıda qadın intihara cəhd etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın intihara cəhd etdi

Kriminal

22 Fevral 2021 16:14 1100


Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında gənc qadın intihara cəhd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildirilir ki, yaşı təxminən 35 olan Aynurə adlı qadın Əli Vəliyev 7 ünvanında yerləşən 9 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Marqarita pizza

Əraziyə Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Qadın polis əməkdaşlarının səyi nəticəsində fikrindən daşındırılıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!