Bakıda qadın tanışını bıçaqlayaraq öldürən kişi tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın tanışını bıçaqlayaraq öldürən kişi tutuldu

Kriminal

08 İyun 2021 10:45 1159


İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabunçu rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada öldürüb. Marqarita pizza

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!