Bakıda qadın həbsxanaya heroin keçirmək istəyərkən saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın həbsxanaya heroin keçirmək istəyərkən saxlanıldı

Kriminal

28 İyul 2020 21:10 831


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenisabah.az Penitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 228.4, 317-2.1, 66.2, 93.1.4, 67.1, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası, Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. (APA) pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!