Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Yenisabah.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. pizza hut
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Telegram kanalımız