Bakıda qamışlıq sahədə baş vermiş yanğın tam söndürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qamışlıq sahədə baş vermiş yanğın tam söndürüldü

Hadisə

05 Noyabr 2023 15:45 989


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu Arif İsmayılov küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. pizza sifarişi

Ərazidə yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!