Bakıda qanlı hesablaşma: bir nəfər güllələndi -   ŞOK Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qanlı hesablaşma: bir nəfər güllələndi - ŞOK Video

Kriminal

07 İyun 2019 20:03 3042


Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib.

“Yeni Sabah” xəbər verir ki, hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.

Güllələnərək öldürülən şəxs Mübariz Budaqlıdır. Onun criminal avtoritet olduğu bildirilir. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib. Sezar pizza

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində “Favorit” supermarketinin yanında kriminal aləmin nümayəndəsini güllələyən şübhəli bilinən şəxs saxlanılıb. Onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.

Cəlalov Taleh İbrahim oğlu Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir.

Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!