Bakıda Qələbə yürüşü keçirilib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Qələbə yürüşü keçirilib - Fotolar

Hadisə

20 Noyabr 2020 16:02 2018


Ağdam rayonunun azad edilməsi sevincini yaşayan vətəndaşlarımız Bakının bir neçə ərazisində avtoyürüş keçiriblər.

Yenisabah.az xəbər verir ki, günorta saatlarından etibarən əllərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan sakinlər Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq üzü şəhər istiqamətində yürüş ediblər.

Vətəndaşlar "Qarabağ bizimdir", "Ağdam azaddır" şüarlarını səsləndirirlər. pizza mizza

Başqa bir avtoyürüş isə Bakının Yasamal rayonunda Hüseyn Cavid bağı istiqamətində keçirilib.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər şəhərin bir sıra küçə və prospektlərindən keçərək Türkiyə və Rusiya səfirliklərinə doğru hərəkət ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!