Bakıda qəza törədən sürücü sərnişini döydü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qəza törədən sürücü sərnişini döydü - Fotolar

Hadisə

21 Yanvar 2024 22:52 1010


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat şosesində qeydə alınıb.

Üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Toyuqlu pizza

KIA markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan “Toyota”nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq “Land Rover” markalı nəqliyyat vasitəsi “Toyota”ya çırpılıb və zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Toyota”nın sürücüsü - 1964-cü il təvəllüdlü Firuzə Nadir qızı Həsənova xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 1984-cü il təvəllüdlü Polad Məhəmməd oğlu Həsənov bundan hiddətlənərək “Land Rover”in sürücüsü ilə mübahisə edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!