Bakıda quzu ilə gəzmək qadağandır -   DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda quzu ilə gəzmək qadağandır - DİN-dən AÇIQLAMA

Kriminal

03 Mart 2021 10:45 775


Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib.

Yenisabah.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdirən şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə dəvət edilib.

E.Zahidov vurğulayıb ki, həmin şəxslərlə profilaktik söhbət aparılıb və sərbəst buraxılıb: Dördpendirli pizza

“Onlara başa salınıb ki, pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin mərkəzində quzu gəzdirmək olmaz”. (Report)

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirilməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları Polis Bölməsinə aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!