Bakıda restoranda dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restoranda dava düşdü

Hadisə

27 Noyabr 2024 23:01 1885


Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ərazisində yerləşən restoranlardan birində dava düşüb.

"Qaynarinfo"nun məlumatına görə, restoranda dava salanlardan biri kişi, digəri isə qadın olub.

Bu səbəbdən 2002-ci il təvəllüdlü A.S. saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddəsi ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib. pizza

Dava zamanı restoranının şüşələri sınıb və bir sıra əmlaklarına ziyan dəyib. Dava ad günü şənliyində olub. Belə ki, A.S. dostunun dəvəti ilə sözügedən restoranda ad günü tədbirində iştirak edib. Təqsirləndirilən şəxs orada viski içib və digər masada olan R.T. adlı qadından nalayiq ifadə eşidib. Həmin ifadələrin onun ünvanına deyildiyini zənn edərək, onunla mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib. Tərəflər restoranın həyətində də mübahisələrini davam etdiriblər. A.S. əsəbindən tanımadığı şəxsin nəqliyyat vasitəsini yumruq və təpiklə vurmağa başlayıb.

Məhkəmədə ifadə verən restoranın administratoru M.F. hadisə zamanı əmlaka ziyan vurulduğunu deyib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 8 gün müddətinə həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!