Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurub - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurub - FOTO

Hadisə

20 Fevral 2022 08:34 664


Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadın piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən onu vurub. Qadın ağır xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Polisin APA-ya verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!