Bakıda sakinlərin yolunu bağlayan kimlərdir? – Şikayət - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sakinlərin yolunu bağlayan kimlərdir? – Şikayət - Foto

Sosial

03 Sentyabr 2019 11:57 953


Bakının Əcəmi Naxçıvani küçəsi yaxınlığında yaşayan sakinlər avtomobillərin piyada səkilərini zəbt etməsin şikayətçidirlər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat və fotolar paylaşılıb.

Bildirilir ki, həmin küçədə, “MedEra Hospital”ın yerləşdiyi yol boyunca səkini avtomobillər zəbt edir. Hospitala gələn pasiyentlər isə maşın yolu ilə hərəkət etməyə məcbur olur. Bununla bağlı vətəndaşlar ciddi narazılıq edirlər. Bazar istisna olmaqla, həftənin 6 günü sözügedən tibb ocağının ətrafı bu vəziyyətdə olur. Səkini zəbt edən maşınların hospitala gələn şəxslərə, yoxsa ətrafdakı kafe, restoran və digər obyektlərə aid olduğu isə dəqiq məlum deyil. Dördpendirli pizza

Sakinlər bu məlumatları paylaşaraq məsələni Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyinin diqqətinə çatdırmaq istəyirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!